İbrahimpaşa Dadaşov 96A
Hər gün: 09:00 - 19:00

Haqqımızda

Kulinar.az — müştərilərinə yüksək keyfiyyətli və rahat yemək həlləri təqdim edən, yarımfabrikat və dondurulmuş qida məhsulları üzrə ixtisaslaşmış bir brenddir. Məqsədimiz gündəlik həyatınızı asanlaşdırmaq və süfrənizi daha ləzzətli etmək üçün sağlam və təbii inqrediyentlərdən hazırlanmış məhsullar təqdim etməkdir.

2022-ci ildən fəaliyyət göstərən şirkətimiz qısa müddət ərzində yerli bazarda özünəməxsus mövqe qazanmışdır. İstehsal proseslərimizdə müxtəlif texnologiyalardan istifadə olunur və hər bir məhsulumuzun keyfiyyəti ilə təhlükəsizliyi ən yüksək səviyyədə qorunur. Kulinar olaraq, istifadə etdiyimiz bütün inqrediyentlər təbii, sağlam və halaldır.

Şirkətimizdə məhsul istehsalı AZS və QOST standartlarına uyğun şəkildə həyata keçirilir. İstifadə olunan xammal və qablaşdırma materialları da müvafiq təhlükəsizlik sertifikatlarına sahibdir.

Peşəkar komandamızla birgə, müştərilərimizə daim keyfiyyətli və innovativ məhsullar təqdim etməyə çalışırıq. Məqsədimiz yalnız ləzzətli və keyfiyyətli məhsullar təqdim etmək deyil, həm də komfort və sürət təmin edərək həyatınızı asanlaşdırmaqdır. Seçdiyiniz məhsulu yalnız bir neçə kliklə əldə edə və sürətli çatdırılma xidmətimizdən faydalana bilərsiniz.

Müştəri məmnuniyyəti bizim üçün hər şeydən önəmlidir. Sizə yalnız məhsul təqdim etmirik, eyni zamanda hər zaman ünsiyyətdə olur, sorğularınıza tez və operativ cavab veririk. Kulinar ilə siz həm keyfiyyətli məhsullar əldə edir, həm də mükəmməl müştəri xidməti təcrübəsi yaşayırsınız.

Sizin məmnuniyyətiniz bizim uğurumuzdur.

Yüksək Keyfiyyət və Təhlükəsizlik

Müştəri Məmnuniyyəti

Rahatlıq və Sürət

Bloq