Tələsik həyat tərzi bizdən gün keçdikcə daha çox vaxt alır – bu vaxtı, məsələn, yemək bişirməyə sərf edə bilərdik. Son illərdə dondurulmuş qida məhsullarının çeşidi bazarımızda əhəmiyyətli dərəcədə artmışdır.
Həyatın sürətlənən tempi istehlakçıları daha yüngül və tez hazırlanan yeməklərə yönəldir. Buna görə də, dondurulmuş məhsullar getdikcə daha populyar olur. Dondurulmuş hazır yeməklərin bazar potensialı artır. Bu inkişafın əsas hərəkətverici qüvvəsi insanların dəyişən həyat tərzidir – biz evdə daha az vaxt keçiririk və buna görə də daha tez və dadlı hazırlanan yeməklərə üstünlük veririk.
Marketinqdə sağlam qidalanma trendlərinin artması da bu sahəyə müsbət təsir göstərir. Dondurulmuş məhsullar konservləşdirilmiş qidalardan daha faydalı və qidalandırıcıdır. İstehlakçılar getdikcə daha çox diqqət yetirirlər ki, yedikləri həm sağlam, həm də asan və tez hazırlana bilən olsun.
Belə sürətlə inkişaf edən bazar isə istehsalçılardan həm keyfiyyət və istehsal standartları, həm də məhsul çeşidliliyi baxımından daha yüksək tələblər qoyur.
Hazır yeməklər bazarına ət və tərəvəz əsaslı yeməklər daxildir. Onlar uzun raf ömrü və xüsusi saxlanma şərtlərinin olmaması ilə seçilirlər. Böyük şəhərlərin sakinləri üçün işdə və ya səfərdə tez hazırlanan yeməklər daha çox tələb görür. Bu səbəbdən də dondurulmuş yarımfabrikatlar istehlakçıların ehtiyaclarını tam qarşılayır. Hazır yeməklərin çeşidi də getdikcə artır. Əsas təklif edilən tərəvəzlər, pelmenlər, düşbərələr, ravioli, gürcü xəngəli, gürzə, blinçiklərlə yanaşı, dondurulmuş qızartmalıq məhsullar ( naqqets, kiyevsayağı kotlet, mozazarella pendir çubuqları) seqmenti də inkişaf edir. Qeyd etmək lazımdır ki, bu bazarın inkişaf potensialı böyük olsa da, böyük maneələr də mövcuddur: mövsümi satışlar, mağazalarda məhdud soyuducu həcmi, soyudulma şərtlərinin təminində çətinliklər və istehlakçılar arasında dondurulmuş məhsulların qidalandırıcı dəyərini itirmədiyi barədə məlumat azlığı.
Yay ayları təzə meyvə və tərəvəzlərlə zəngin olur. Kimisi ev şəraitində hazırlıqlar etsə də, digərləri istənilən fəsildə hazır dondurulmuş məhsullarla rahatlıqla qidalanır. Dondurulmuş yarımfabrikatların əsas satış mövsümü sentyabrda başlayır və aprel ayının sonuna qədər davam edir.
Fastfood yerinə dondurulmuş məhsullar
Böyük şəhərlərdə həyat tərzinin dəyişməsi bu sahənin inkişafı üçün bir fürsətdir. İnsanlar getdikcə daha tez və dadlı bişən məhsullara üstünlük verirlər. Marketinqdə “sağlam qidalanma” trendləri də dondurulmuş məhsulların inkişafına səbəb olur – çünki bu məhsullar fastfooddan daha sağlam alternativdir. İstehlakçıları bu məhsulların faydaları, doğru hazırlanma və saxlanma metodları haqqında məlumatlandırmaq üçün keyfiyyətli reklam kampaniyalarına ehtiyac vardır.